“Yunayted” bu ənənədən imtina etdi: Biabırçı mövsümə görə
“Mançester Yunayted” mayın 20-də baş tutmalı olan ənənəvi komanda şam yeməyini uğrsuz mövsümə görə ləğv edib.
Aut.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.
Xatırladaq ki, “qırmızı şeytanlar” üçün 2023/2024 mövsümü mayın 25-də başa çatacaq. Həmin gün İngiltərə Kubokunun finalı baş tutacaq. “Yunayted” “Uembli”də “Mançester Siti” ilə qarşılaşacaq. İngiltərə Premyer Liqasının 36 turundan sonra “Mançester Yunayted” 54 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.
Daxili çempionat çərçivəsində mankunianlıların qarşıda iki oyunu var. Mayın 15-də Erik ten Haqın komandası evdə “Nyukasl”ı qəbul edəcək, dörd gün sonra isə “Brayton”la səfərdə oynayacaq.
Aut.az
