O vaxt “Yunayted”ə buna görə keçməyib: Anası hər şeyi açıqladı
Adrien Rabionun anası oğlunun “Mançester Yunayted”ə keçməkdən imtina etməsi haqda danışıb.
Aut.az xəbər verir ki, futbolçunun anası və agenti Veronik Rabio bu barədə İngiltərə mətbuatına danışıb.
-Adrien 2022-ci ildə “Mançester Yunayted”ə qoşulmayanda sizi çox “acgöz” olmaqda ittiham edirdilər.
– Bu, qətiyyən doğru deyil. Həmin il Adrien o vaxt Çempionlar Liqasına vəsiqə qazanan “Yuventus”u tərk edib, ÇL-ə vəsiqə qazanmayan “Yunayted”ə getməyə hazır idi. Şərtləri müzakirə etdik və sonda mənə dedilər: “Əgər gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsək, Adrienin maaşı azalacaq”.
Bunun hörmətsizlik olduğunu düşündüm. Mən “qurtardıq” dedim. Bunun daha çox şey əldə etmək üçün bir strategiya olduğunu düşünürdülər. Amma yox, bu, pul deyil, prinsip məsələsi idi. Təbii ki, təəccübləndilər. Onlar buna öyrəşməmişdilər.
Aut.az
