Ançelotti məhşur fotonu təkrarladı: Gözündə eynək, ağzında siqar – FOTO
“Real”ın baş məşqçisi Karlo Ançelotti diqqət mərkəzinə düşüb.
Aut.az xəbər verir ki, O. Madrid klubunun çempionluq paradı zamanı 2022-ci ildə çəkilən məşhur fotosunu təkrarlayıb.
İtaliyalı mütəxəssis futbolçuları ilə günəş eynəyi taxıb, ağzında siqarla şəkil çəkdirib. Şəkil “Los Blankos”un üstü açıq avtobusunda Madrid küçələrini gəzərkən çəkilib.
Xatırladaq ki, 2022-ci ildə də Madrid klubu ölkə çempion olmuşdu. Sözügedən foto paradda çəkilmişdi

