İspaniya

“Barsa” onunla ilk təması qurdu

Almaniya millisinin və “Bavariya”nın keçmiş baş məşqçisi Hans-Diter Flik ” Barselona”nın yeni baş məşqçisi olmaq üçün əsas favoritlərdən birinə çevrilib.

Aut.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberg sosial şəbəkələrdə məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Barselona” Fliklə ilk konkret danışıqları aparıb. Kataloniya liderləri hələ yeni baş məşqçi ilə bağlı qərar verməyib. Amma Hans-Diterin İspaniya çempionatından bir komandada işləməyə açıq olduğu bildirilir.

Xatırladaq ki, daha əvvəl Xavi mövsümün sonunda “Barselona”dan ayrılacağını açıqlamışdı.

Aut.az