İtaliya

“Milan” onun yerinə hücumçu tapdı: Rekord məbləğ ödəyəcək

“Milan” “RB Leipziq”in hücumçusu Benjamin Şeçkonu transfer etmək niyyətindədir.

Aut.az xəbər verir ki, 20 yaşlı sloveniyalı “rossonerilər”in tarixində ən bahalı transfer ola bilər.

Olivier Jiru karyerasını MLS-dən “Los-Anceles”də davam etdirmək üçün ayrılmağa qərar verdikdən sonra “Milan” yeni hücumçuya ehtiyac duyur.

“Gazzetta dello Sport”  “Milan”ın hücumçu üçün 60 milyon avrodan çox ödəməyə hazır olduğunu bildirib.

Hazırda Şeşkoya görə təzminat 65 milyon avro təşkil edir və 75 milyona qədər yüksələ bilər. Bu mövsüm forvard 40 oyunda 16 qol vurub və 2 məhsuldar ötürmə edib.

Aut.az