İspaniya

Bağlı qapılar arxasında: “Real” kuboku belə alacaq

“Real” 2023/24 mövsümündə La Liqanın qalibi üçün verilən kuboku evdə bağlı qapılar arxasında alacaq.

Aut.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bu qərarı ölkənin futbol federasiyası verib. Madrid təmsilçisinə 35-ci turun “Qranada” ilə səfər matçından əvvəl mərasim təşkil etmək təklif olunub. Lakin “kral klubu” bu təklifi rəqibinin elitada qalmaq uğrunda mübarizə aparması səbibindən imtina edib.

Qeyd edək ki, Madrid klubu İspaniya çempionatında sona 4 tur qalmış çempionluğu təmin edib.