İngiltərə

Salahla Kloppun mübahisəsi: Dodaq oxuyan mütəxəssis açıqladı

“Liverpul”un futbolçusu Məhəmməd Salah “Vest Hem”lə oyunun 79-cu dəqiqəsində meydana daxil olarkən baş məşqçi Kloppla mübahisə edib.

Aut.az xəbər verir ki, dodaq oxuyan mütəxəssis onların mübahisəsi haqda açıqlama verib.

“Klopp Salahın əlini sıxmaq istəyəndə ona tərəf yumruq atıb.

Salah deyib: “Mən heç nə edə bilmirəm, heç nə”.

Kloppun cavabı qeyri-müəyyəndir. Klopp Salaha yaxınlaşıb və Məhəmmədi qəzəbləndirən nəsə deyib.

Salah daha sonra deyib: “Qırmızı vərəqə alacağam, bunu edəcəm! Yeddi ildən sonra, yeddi illik işdən sonra, yeddi ildən sonra!”

Nunes sonra onu kənara çəkib”, – mütəxəssis bildirib.

Aut.az