İngiltərə

Premyer Liqa klubu MMA döyüşçüsünü məşqə niyə dəvət edib?

“Brayton” standart zərbələr üzərində işləmək üçün MMA döyüşçüsünü məşqə dəvət edib.

Aut.az xəbər verir ki, baş məşqçi Fabian Hyuptseler bunu Premyer Liqadakı yeni trendlərə – Mikel Artetanın “Arsenal”da tətbiq etdiyi yeniliyə, standart zərbələr zamanı cərimə meydançasındakı xaosa uyğunlaşmaq və daha sərt bir toxunuşa alışmaq, “zərif” bir klub imicindən xilas olmaq ehtiyacı kimi izah edib.

“Bizi məşq etdirmək üçün MMA döyüşçüsü gətirdik, çünki standart vuruşlar, bloklar və Premyer Liqadakı yeni trendlər haqqında çox danışırıq.

Biz buna uyğunlaşmağa çalışırıq, çünki bu klubun həmişə “zərif” görünməsini istəmirəm”, – mütəxəssis deyib.

Aut.az