İngiltərə

“Liverpul” macarla bağlı qərar verdi

“Liverpul” yarımmüdafiəçisi Dominik Soboslai ilə yeni uzunmüddətli müqavilə ilə bağlı rəsmi danışıqlara başlamağa hazırlaşır.

Aut.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Mənbənin bildirdiyinə görə, macar futbolçunun maaşının xeyli artacağı, müqaviləsini daha iki il uzadacağı gözlənilir.

Soboslai 2023-cü ilin yayından “Liverpul”da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 15 matçda meydana çıxıb, iki qol vurub və beş məhsuldar ötürmə edib. “Transfermarkt”a görə, onun bazar dəyəri 85 milyon avrodur.

Aut.az