İngiltərə nəhəngi ona görə 78 milyon ödəyəcək?
“Tottenhem” “Kristal Pelas”ın hücumçusu Ebereçi Ezeni transfer hədəfinə alıb.
Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Mənbənin məlumatına görə, 27 yaşlı futbolçunun müqaviləsində avqustun sonunadək qüvvədə olan 68 milyon funt sterlinq (təxminən 78,6 milyon avro) məbləğində sərbəstqalma şərti var.
Ezenin klubla müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Ötən mövsüm hücumçu 43 oyunda 14 qol vurub və 11 qolun ötürməsini edib.
Aut.az
