Basketbol

İlin ən yaxşı baş məşqçisi seçildi

Mark Dayqnolt MBA-da ilin məşqçisi mükafatını qazanıb.

Aut.az xəbər verir ki, “Oklahoma Siti”ni çalışdıran 39 yaşlı mütəxəssis Camal Moseli (“Orlando”), Kris Finç (“Minnesota”), Co Mazzulla (“Boston”) və Tom Tibodou (“Nyu-York”) geridə qoyub.

Dagnolt 473 xal toplayıb. Sorğuda iştirak edən 100 nəfərdən 89-u onu birinci yerə layiq görüb.

Qeyd edək ki, “Oklahoma” müntəzəm mövsümü Qərb Konfransında birinci yerdə başa vurub.

Aut.az