Basketbol

Məşhur basketbolçu jurnalistə hücum etdi: Mərhum qardaşından yazıb

“Filadelfiya”nın basketbolçusu Joel Embiid jurnalistlə mübahisə edərək onu hədələyib.

Aut.az xəbər verir ki, ESPN-in məlumatına görə, basketbolçu müxbiri itələyib. O, son məqaləsində xoşagəlməz kontekstdə Embidin oğlu və mərhum qardaşından bəhs edib.

“Bunu bir daha et və görəcəksən ki, sənə nə edəcəyəm. Mən bunun nəticələri ilə yaşamaq məcburiyyətindəyəm”, – mübahisə zamanı Embiid deyib.

MBA hadisəni nəzarətə götürüb və araşdıracaq.

Aut.az