Federasiya “Monako”nu cərimələdi
Fransa Basketbol Federasiyası “Monako”nu 100 min avro cərimə edib.
Aut.az xəbər verir ki, buna səbəb oyunçularından birinin agenti olub. Bu barədə “Basketnews” məlumat yayıb.
Basketbolçu Mayk Ceyms iki müqavilə imzalatarkən – 2022-23 və 2023-24 mövsümlərində lisenziyasız agentdən istifadə edib. Buna görə pleymeykerin özü isə 1 aylıq diskvalifikasiya olunub.
Maraqlıdır ki, İntizam Komissiyası əvvəlcə klubu 200 min cərimələsə də, sonradan cəzanın məbləğini azaldılıb.
Federasiya “Monako” prezidenti Aleksey Efimova da xəbərdarlıq edib.
Qeyd edək ki, Ceyms bu mövsüm hər oyuna orta hesabla 15,8 xal qazanıb və 5,7 məhsuldar ötürmə edib.
Aut.az
