Əfsanə karyerasını nə vaxt bitirəcəyini açıqladı
40 yaşlı Lebron Ceyms daha nə qədər peşəkar səviyyədə oynamaq istədiyini etiraf edib.
“Artıq bir neçə dəfə demişəm ki, bir-iki mövsümə təqaüdə çıxmaq istəyirəm. Amma düzünü desəm, daha 5-7 il peşəkar səviyyədə oynamaq istəyim var. Ümumiyyətlə, gücüm çatdıqca oynamaq istəyirəm, amma anlamalısan ki, cavanlaşmırsan.
Mənə elə gəlir ki, karyeramı bitirmək yox, səhnəyə çıxmadan yaşamaq çətin olacaq. Amma çox darıxsam da, təqaüdə çıxdığımı elan edəndən sonra meydana qayıtmayacağam”, – deyə Lebron bildirib.
Lebron Ceyms dekabrın 30-da 40 yaşını qeyd edib.
Aut.az
