Rusiyaya dəstək verən kluba bu cəza verildi
Avroliqa “Zalgiris”lə oyunda (80:86) komandanın azarkeşlərinin davranışına görə “Srvena Zvezda”nı 10 min avro cərimələyib.
Aut.az xəbər verir ki, bu barədə turnirin saytı məlumat yayıb.
Oyun fevralın 27-də Belqradda baş tutub. Matçdan əvvəl Serbiya klubunun azarkeşləri “Katyuşa” mahnısını ifa ediblər. Həmçinin isinmə hərəkətləri zamanı MakSimin ifasında “Do You Know” və “Rusiya” mahnıları səsləndirilib. Bundan əlavə, tamaşaçılar tribunaların yuxarı pilləsində Serbiya bayrağı, aşağı pillədə isə Rusiya bayrağı yerləşdiriblər.
Aut.az
