Basketbol

Əfsanənin onu vurmasından danışdı: Beyin silkələnməsi keçirə bilərdim – VİDEO

“Vaşinqton Vizards”ın hücumçusu Deni Avdiya “Los Anceles Leykers”un ulduzu LeBron Ceyms barədə danışıb.

Aut.az xəbər verir ki, o əfsanəvi basketbolçunun başına dirsəklə zərbə endirdikdən sonra ona yaxınlaşmalı olduğunu söyləyib:

“Mən onun bu zərbəni qəsdən vurduğunu düşünmürəm. Heç olmasa, gözləntim var idi ki, yanıma gəlsin. Özüm elə kimisə vursam, gedib adamın vəziyyətinə baxaram. Ona görə də yanıma gəlməməsi məni bir az da əsəbləşdirdi.

Axı bu idmandır. Ağır zədə ala bilərdim və beyin silkələnməsi keçirə bilərdim. Bir jest edərək sadəcə “özünüzü necə hiss edirsiniz?”, – deyə soruşduqda, siz öz sahənizdə bir insan və peşəkar olduğunuzu göstərirsiniz. Amma eybi yoxdur. Mən bununla məşğul oldum”.

Xatırladaq ki, “Vizards” – “Leykers” matçı aprelin 4-də baş tutub. Oyun 125:120 hesabı ilə Los Anceles təmsilçisinin xeyrinə başa çatıb.

Aut.az

https://youtu.be/Cb7iehqTOoI