Əli Şükürlü də Dünya Kubokunda çıxış etdi
Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kuboku davam edir.
Aut.az xəbər verir ki, turnirdə çıxış edən daha bir azərbaycanlı ağırlıqqaldıran Əli Şükürlü körpücük üzərinə qalxıb.
O, 102 kq çəki dərəcəsinin C qrupunda yarışıb. Atletimiz toplam 377 kq (167+210) nəticə göstərib. Əlinin yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.
Turnir Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Dünya Kuboku aprelin 11-dək davam edəcək.
