Enrike karyerası boyu belə şey görməyibmiş
PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 31-ci turunda keçirilən “Havr”la oyun (3:3) haqda fikirlərini bölüşüb.
“Əyləncəli gecə idi, çünki az hücum edən rəqib üç qol vurdu. Karyeramda belə bir şey gördüyümü düşünmürəm. Yaxşı müdafiə olundular, amma biz qələbəyə layiq idik.
Azarkeşlərimizin nə qədər inanılmaz olduğunu vurğulamaq istərdim. Hesabın 1:2 və ya 1:3 olması fərq etməz, oxumaqdan əl çəkmirlər. Onların münasibəti möhtəşəm idi”, – Enrike “Marca”ya bildirib.
Xatırladaq ki, 70 xalı olan PSJ birinci yerdədir. Növbəti turda Paris klubu “Tuluza” ilə qarşılaşacaq. Görüş mayın 12-də baş tutacaq.
Aut.az
