Murad Musayev cəzalandırıldı: Azərbaycandakı kimi…
“Krasnodar”ın baş məşqçisi Murad Musayev cəzalandırılıb.
Aut.az xəbər verir ki, o, “Lokomotiv”lə son turun matçında (0:0) hakimə qarşı nalayiq ifadələr işlətdiyi üçün Rusiya Premyer Liqasının iki oyunundan diskvalifikasiya edilib. Cəzanın bir qarşılaşması şərtidir. Musayev həmçinin 100 min rubl cərimə edilib.
2021-2024-cü illər aralığında Azərbaycanda “Sabah”ı çalışdıran rusiyalı mütəxəssis ölkəmizdə də dəfələrlə hakimləri təhqir etdiyi üçün həm hakimlər, həm də İntizam Komitəsi tərəfindən cəzalandırlıb.
Qeyd edək ki, “Krasnodar” 18 oyunda 39 xal toplayıb və Rusiya çempionatının turnir cədvəlində birinci yerdədir.
Aut.az
