Xəstəliyini açıqladı və insanlara müraciət etdi
Formula 1 komandasının keçmiş sahibi irlandiyalı Eddi Cordan səhhəti ilə bağlı danışıb.
Aut.az xəbər verir ki, o, xərçənglə mübarizə apardığını bildirib:
“Mənə mart və ya apreldə sidik kisəsi və prostat xərçəngi diaqnozu qoyulub. Sonra onurğaya və çanaqlara keçib. Buna görə də olduqca aqressivdi.
Bu, bunu dinləyən hər kəsə kiçik bir mesajdır: gözləməyin və gecikməyin. Testdən keçin, tibbi məsləhət almaq imkanınız var, ömrünüzü uzatmaq üçün edə biləcəyiniz çox şey var. Bunu edin. Axmaq olmayın, utanmaq lazım deyil. Bədəninizə diqqət yetirin, yoldaşlar”.
Aut.az
