Formula 1

Tarixdə ilk: Fanatlar üçün 12 saatlıq şənlik təşkil edəcək

30 yaşlı ispaniyalı Formula 1 yarışçısı Karlos Sayns noyabrın ikinci yarısında Las-Veqas Qran Prisində tarixdə ilk dəfə 12 saatlıq fanat gecəsini keçirməyə hazırlaşır.

Aut.az xəbər verir ki, pilot partiyanı uğurlu yarışlardan sonra oxumağı sevdiyi Sadenin “Smooth Operator” mahnısının şərəfinə adlandırıb. 12 saatlıq rəqs noyabrın 22-dən 23-dək ARIA Resort & Casino-da ALIBI Ultra Lounge-da Las Vegas Qran Prisinin ikinci və üçüncü pulsuz məşqləri arasında baş tutacaq..

Xatırladaq ki, Sayns bundan əvvəl Meksika Qran Prisinin qalibi olub. 2024-cü il mövsümü Karlosun İtaliya komandasının tərkibində sonuncu mövsümüdür. Sayns gələn ili “Uilyams”a keçəcək.

Aut.az