Avroliqa oyununda qorxunc hadisə: Azarkeşi ölümdən xilas etdilər
Noyabrın 1-də Kaunasda (Litva) yerli “Jalgiris” və “Monako” arasında Avroliqa basketbol matçı zamanı “Zalgiris Arena”nın tribunalarında qorxulu vəziyyət yaranıb.
Aut.az xəbər verir ki, LRT nəşrinin məlumatına görə, azarkeş oyun zamanı huşunu itirib. Həkimlər briqadası çağırılıb və onu həyata qaytarıblar. Sinə sıxılmaları və digər tibbi prosedurlar 20 dəqiqədən çox davam edib və nəticədə azarkeş yenidən həyata qaytarılıb.
Yer qara parça ilə örtüldüyü üçün arenadakı insanlar əvvəlcə tamaşaçının sağ qalmayacağını düşünüblər. Bununla belə, yerli tibb işçiləri izləyicinin vəziyyətinin stabil olduğunu bildiriblər.
Xatırladaq ki, “Jalqiris” “Monako” üzərində 63:62 hesabı ilə qalib gəlib və hazırda Avroliqanın turnir cədvəlində birinci yerdədir.
Aut.az
