Dünya futbolu

Performansının sirri: mentalitet və…

“İnter Mayami”nin hücumçusu Lionel Messi futbolda uzunömürlü olmasının sirrini açıqlayıb.

Aut.az xəbər verir ki, onun sözlərini “Television Publica” YouTube kanalı sitat gətirib.

“Düşünürəm ki, bu, mentalitet, mübarizə, səy və fədakarlıqdır. Daim daha çox şeyə nail olmaq arzusu. Uşaqlıqdan belə olmuşam. Mən həmişə çox məsuliyyətli və nə istədiyimə əmin olmuşam”, – deyə 36 yaşlı forvard bildirib.

Messi iyunun 7-də “İnter Mayami”yə keçib. “Marca”nın məlumatına görə, forvard ildə 50-60 milyon dollar qazanacaq.

Aut.az