Dünya futbolu

Sabiq SSRİ ölkələrinin ən bahalı futbolçuları – Gürcü də, erməni də var, azərbaycanlı isə…

“Transfermarkt” internet portalı keçmiş SSRİ ölkələrinin ən bahalı oyunçularının siyahısını dərc edib.

Aut.az xəbər verir ki, reytinqə “Napoli”nin gürcü hücumçusu Xviça Kvaratsxeliya başçılıq edir. Onun bazar dəyəri 85 milyon avro olaraq qiymətləndirilir.

İlk üçlüyə həmçinin Premyer Liqa klublarından iki ukraynalı legioner – “Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrik (50 milyon avro) və “Arsenal”ın müdafiəçisi Aleksandr Zinçenko (42 milyon avro) daxildir.

Ruslar arasında ən bahalısı isə reytinqdə dördüncü yeri tutan “Monako”nun yarımmüdafiəçisi Aleksandr Qolovin olub. Onun dəyəri 28 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, ilk 20-liyə keçmiş SSRİ-nin yalnız dörd ölkəsindən – Rusiya, Ukrayna, Gürcüstan və Ermənistandan oyunçular daxil olub. Reytinqdə ən çox təmsil olunan ukraynalılardır – 11 futbolçu. Siyahıda Rusiyanın, 6, Gürcüstanın 3, Ermənistanın 1 futbolçusu yer alıb.

Sabiq SSRİ ölkələrinin ən bahalı futbolçuları - Gürcü də, erməni də var, azərbaycanlı isə...

Aut.az