Messi ilə Ronaldonu belə müqayisə etdi: Biri böyükdür, digəri isə…
“Milan”, “Real” və İngiltərə millisinin sabiq baş məşqçisi Fabio Kapello “Barselona”nın 16 yaşlı cinah oyunçusu Lamin Yamalın oyununu dəyərləndirmək baxımından dövrümüzün iki ən böyük futbolçusu Kriştiano Ronaldo və Lionel Messini müqayisə edib.
Aut.az xəbər verir ki, Kapellonun sözlərini “Sport.es” sitat gətirib.
“İlk dəfə Messinin oyununu Qamper Kubokunda görmüşəm. Oyunun 20-25 dəqiqəsində mən Frank Raykarda yaxınlaşdım və ondan Lioneli həmin mövsüm üçün icarəyə verməsini xahiş etdim. Leo dahidir. Lamin bir çox keyfiyyətlərə malikdir və çox maraqlı oyunçudur, lakin onu dahi adlandırmaq olmaz. Dahi Messi, Pele və Maradona idi, Ronaldo onlara çox yaxındır.
Krişçtiano görkəmli, böyük futbolçudur. Ronaldo əla oyunçudur, lakin dahi deyil”, – Kapello bildirib.
Aut.az
