Donnarumma İngiltərə nəhənginə keçəcək?
PSJ-nin qapıçısı Canluici Donnarumma bu yay “Çelsi”yə keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.
26 yaşlı italiyalının gələcəyi onun Paris klubu ilə yeni müqavilə imzalamaq istəyindən asılı olacaq. Hazırda yeni sözləşmə məsələsində vəziyyət qeyri-müəyyəndir.
Donnarummanın PSJ ilə mövcud müqaviləsi 2026-cı ilə qədər qüvvədədir. “Transfermarkt” onun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.
2024/25 mövsümündə Donnarumma bütün turnirlərdə 46 oyun keçirib, 40 qol buraxıb və 17 matçda qapısını toxunulmaz saxlayıb.
Aut.az
