“Çelsi” ilə “Palmeyras”ın azarkeşləri kəllə-kəlləyə gəliblər – VİDEO
“Çelsi” və “Palmeyras” arasında Klublararası Dünya Çempionatının 1/4 final qarşılaşmasının meydanda baş verdiyini düşünürsünüzsə, yanılırsınız.
Aut.az xəbər verir ki, “Çelsi”nin 2:1 hesabı ilə qalib gəldiyi oyun ətrafında meydandan kənarda da maraqlı hadisələr baş verib.
İngiltərə komandasının azarkeşi ilə Braziliya kklubunun fanatı arasında “qarşıdurma” baş verib. Üstəlik, qüvvələr lap əvvəldən bərabər olmayıb: “Çelsi” azarkeşinin hələ məktəbə getmədiyi, “Palmeyras” fanatının isə artıq məzun olduğu görünür.
Oğlanlar çox döyüşkən əhval-ruhiyyədə olsalar da, sonda dostluq qalib gəldi.
Aut.az
