Butslarını atırdı, söyürdü: Xavinin məşqçi kimi ilk günü
İspaniyalı futbolçu Santi Kasorla Xavinin rəhbərliyi altında “Əl-Sədd”dəki ilk oyun haqda danışıb.
Aut.az xəbər verir ki, Kasorla bu barədə “The Guardian”a danışıb.
“Xavi məni təəccübləndirdi. Futbolçu kimi heç vaxt səsini qaldırmırdı, amma indi… İlk gündə uduzduq. Onun butslarını atdığını, söydüyünü, qışqırdığını gördüm. Düşündüm ki, “mənim tanıdığım oğlanı başqası ilə dəyişdi”. Daha sonra soruşdum: “Xavi, bu gün sənə nə olub?!” O deyir: “Mən tamamilə dəyişmişəm. Bunu etməsən, soyunub-geyinmə otağı sənə hörmət etməyəcək”, – deyə Kasorla bildirib.
Xatırladaq ki, Xavi 2019-2021-ci illərdə “Əl-Sədd”ə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 96 oyun keçirib, 66 qələbə qazanıb. 2021-ci ildə mütəxəssis “Barselona” ilə 2024-cü ilə qədər müqavilə imzalayıb.
Aut.az
