Üç-dörd saat ağladı, sakitləşdirə bilmədik – Zarafat, yoxsa…
“Real”ın baş məşqçisi Karlo Ançelotti 2022/23 mövsümünün əla keçirməsinə baxmayaraq, “The Best” mükafatına – FİFA-nın ən yaxşı futbolçusu mükafatına iddialılar siyahısına daxil edilməyən Vinisius Juniorun reaksiyası ilə bağlı danışıb.
Aut.az xəbər verir ki, italyan mütəxəssis bu məsələyə zarafatyana münasibət bildirib.
“Aman Tanrım. Çox əsəbi idi. O, üç-dörd saat ağladı, biz onu sakitləşdirə bilmədik”, – Ançelotti deyib.
2022/23 mövsümündə Vinisius “Real”ın heyətində 55 oyun keçirib, 23 qol vurub və 21 məhsuldar ötürmə edib.
Aut.az
