İspaniya

İnyesta seçkilərdə Laportaya qarşı olacaq?

“Barselona”da prezident seçkiləri martın 15-də keçiriləcək.

Aut.az xəbər verir ki, seçkilərdə klubun sabiq futbolçusu Xavi Viktor Font ilə birlikdə hazırkı prezident Xuan Laportaya qarşı namizədliyini irəli sürüb. Bununla belə, “Barselona” əfsanəsi Andres İnyesta seçkilər ərəfəsində bitərəf qalacağını açıqlayıb.

“Seçkilərlə bağlı sadəcə onu arzulayıram ki, “Barselona” bütün titullar uğrunda mübarizə apara bilsin və klubun ehtiyacı olan sabitlik təmin olunsun.

Kim prezident olursa-olsun, bu, “Barselona” üçün ən yaxşısı olmalıdır. Üzvlərin verdiyi qərar ən doğru qərar olacaq”, – deyə İnyesta bildirib.

Bu fikirlərə əsasən, Andres İnyestanın seçkilərdə səs verməsi ehtimalının olduqca az olduğu bildirilir.

Aut.az