Haalandın sərbəstqalma məbləği açıqlandı
Norveçli hücumçu Erlinq Haaland və “Mançester Siti” arasında bağlanmış müqavilənin təfərrüatları məlum olub.
Aut.az xəbər verir ki, bununla bağlı İspaniyanın “Relevo” portalı yazı dərc edib.
Qeyd olunub ki, 23 yaşlı futbolçunun İngiltərə komandası ilə müqaviləsində 175 milyon avro məbləğində sərbəst buraxılma maddəsi var. 2022-ci ildən “Siti”də çıxış edən hücumçunun klubla sözləşməsinin müddəti isə 2027-ci ilə qədərdir.
Qeyd edək ki, bu mövsüm norveçli forvard bütün yarışlarda 37 matçda iştirak edib, 30 qol vurub və 6 məhsuldar ötürmə edib.
Aut.az
