İngiltərə

21-ci əsrdə ilk dəfə

“Çelsi”, “Liverpul” və “Mançester Yunayted” İngiltərə Premyer Liqasının 6-cı turunda eyni gündə məğlub olublar.

Aut.az xəbər verir ki, bu, XXI əsrdə belə hal ilk dəfədir baş verir. Bu barədə “Opta Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu üç klubun eyni gündə uduzması son dəfə 1994-cü il aprelin 16-da qeydə alınıb. Həmin vaxt “Mançester Yunayted” səfərdə “Uimbldon”a 0:1, “Çelsi” səfərdə “Arsenal”a 0:1, “Liverpul” isə doğma meydanda “Nyukasl Yunayted”ə 0:2 hesabı ilə məğlub olmuşdu.

Xatırladaq ki, cari mövsümün 6-cı turunda “zadəganlar” evdə “Brayton”a 1:3, “qırmızı şeytanlar” səfərdə “Brentford”a 1:3 hesabı ilə uduzublar. “Mersisaydlılar” isə gözlənilmədən “Kristal Pelas”a 1:2 hesabı ilə məğlub olub.

Aut.az