Ayın məşqçisi seçil, bir həftə sonu işini itir?
İngiltərə yığmasının sabiq hücumçusu Qari Lineker “Mançester Yunayted”in “Bornmut”a məğlubiyyətinə münasibət bildirib.
Premyer Liqanın 16-cı turunun qarşılaşması “Mançester Yunayted”in 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
“İndiyə qədər kimsə ayın məşqçisi seçilib və bir həftə sonu işini itirib?” — Lineker sosial şəbəkələrdə yazıb.
Mankunianların keçmiş baş məşqçisi Erik ten Haq Premyer Liqada noyabr ayının ən yaxşı məşqçisi seçilib.
Bu, “Mançester Yunayted”in cari mövsümdə Premyer Liqada 7-ci məğlubiyyətidir. Ten Haqin komandası 27 xalla turnir cədvəlinin altıncı pilləsində q ərarlaşıb.
Aut.az
