İngiltərə

“Çelsi” onu saxlayır: 25 milyona alacaqlar

Ceydon Sanço karyerasını “Çelsi”də davam etdirəcək.

Aut.az xəbər verir ki, “Sky Sports”un məlumatına görə, London klubu vingeri 25 milyon funt-sterlinqə almaq opsiyasından istifadə etməyi planlaşdırır. Sanço müqavilə ilə “Mançester Yunayted”ə məxsusdur və icarə əsasında “mavilər”də çıxış edir.

“Çelsi”nin yayda başqa bir cinah oyunçusu axtarışı üçün transfer bazarına girəcəyi də gözlənilir. Bu, dopinq testi müsbət çıxdıqdan sonra müvəqqəti olaraq futboldan uzaqlaşdırılan  Mixail Mudrik ətrafındakı vəziyyətlə əlaqədardır.

Aut.az