Sevgilisi bu FOTONU paylaşıb, “sonuncu matç” yazdı
Alexandro Qarnaço “Mançester Yunayted”in heyətində son oyununu keçirəcək.
Aut.az xəbər verir ki, bu gün mankunianlılar Premyer Liqanın son turunda “Aston Villa”nın qonağı olacaq .
Argentinalının sevgilisi Eva Qarsiya Mançester klubunun formasını sosial şəbəkədə “Son matç” yazısı ilə yerləşdirib.
Daha əvvəl bildirilmişdi ki, cinah oyunçusu komandanın baş məşqçisi Ruben Amorimlə mübahisə edib və o, ona yeni komanda axtarmağın vaxtının gəldiyini bildirib.
QArnaço ilə “Napoli” və “Çelsi”nin maraqlandığı bildirilir.

Aut.az
