“Çelsi”nin yay planı açıqlandı: 3 transfer olacaq
“Çelsi” klubu yay transfer pəncərəsində üç mövqeyə futbolçu almağı planlaşdırır.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira məlumat verib. “Çelsi” yayda üç yeni transfer etməyi planlaşdırır: mərkəz müdafiəçisi, sol cinah vingeri və hücumçu”, – deyə o bildirib.
Hazırda “zadəganlar” İngiltərə Premyer Liqasının 2024/2025 mövsümündə turnir cədvəlində beşinci pillədə qərarlaşıb. Enso Mareskanın komandası 37 turda 66 xal toplayıb. Mövsümün qalibi isə artıq müəyyənləşib – “Liverpul”.
Aut.az
