Onana ilə bağlı şok iddia: Bu klubla danışıq aparır
“Mançester Yunayted”in qapıçısı Andre Onana mövsümün sonunda “Old Trafford”u tərk edərək Səudiyyə Ərəbistanının “Neom” klubuna keçə bilər.
Aut.az xəbər verir ki, 29 yaşlı kamerunlu mövsüm boyu “Mançester Yunayted”in heyətində qapıda çətinlik çəkib, bir sıra kobud səhvlərə yol verib. “Foot Mercato”nun məlumatına görə, qapıçı Səudiyyə Ərəbistanı Pro Liqasına yeni gələn “Neom” ilə danışıqlara başlayıb. Futbolçunun və klubun nümayəndələri Onananın mümkün transferini və 2028-ci ilə qədər nəzərdə tutulan müqaviləsini müzakirə edirlər. Şayiələrə görə, qapıçının özü də bu transferdə maraqlıdır.
“Neom”da Onana Səudiyyə klubunun da hədəfində olan “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne ilə komanda yoldaşı ola bilər.
Aut.az
