İtaliya

Əfsanənin oğlu bu ölkənin yığmasına  “yox” dedi

Əfsanəvi Paolo Maldininin oğlu, hazırda icarə əsasında “Monza”da çıxış edən Daniel Venesuela millisində oynamaq təklifini rədd edib .

Aut.az xəbər verir ki, bu barədə Cənubi Amerika millisinin baş məşqçisi Fernando Batista məlumat verib:

“Bəli, onunla danışdım. Həm onunla, həm də atası Paolo ilə. Onu Venesuelanın 23 yaşadək futbolçulardan ibarət milli komandası ilə təcrübə keçməyə və olimpiyaqabağı turnirə dəvət etmişdik. Daniel mənə təşəkkür etdi, lakin hələlik heç nəyi dəyişmək istəmədiyini və İtaliya millisinə düşməkistədiyini bildirdi”.

Xatırladaq ki, Daniel Maldininin anası Adriana Fossa venesuelalıdır.

Aut.az