İtaliya

33 il sonra gələn çempionluğa görə ona belə təşəkkür etdilər

İtaliya millisinin hazırkı baş məşqçisi Luciano Spalletti Neapolun fəxri vətəndaşı olub.

Aut.az xəbər verir ki, 64 yaşlı məşqçi ötən mövsüm şəhərin təmsilçisi “Napoli”ni 33 ildən sonra ilk dəfə ölkə çempion etdiyi üçün bu şərəfə layiq görülüb. Spalletti qalib mövsümdən sonra klubu tərk edərək millinin “sükanı arxasına” keçib. Buna baxmayaraq “mavilər”in qələbəsinə verdiyi töhfəyə görə ona bu formada təşəkkür edilib.

Xatırlayaq ki, ötən mövsüm “Napoli” 90 xalla qızıl medallara sahib çıxıb. Komanda ikinci pillədə qərarlaşan “Latsio”nu 16 xal qabaqlayıb.