Droqba ona dəstək oldu: Cib telefonlarında gizlənən insanların…
Çelsi”nin keçmiş hücumçusu Didye Droqba irqi ayrı-seçkiliyə qarşı fəal mübarizə aparan “Real”ın və Braziliya millisinin cinah oyunçusu Vinisius Junior haqda danışıb.
Aut.az xəbər verir ki, Droqba irqçiliklə mübarizə aparmağın yolları haqda da tövsiyə verib.
“Vinisius cəsarətli olmalı və gücünü yüz faiz verməyə davam etməlidir, çünki hazırda dünyanın ən yaxşılarından biri olmaqla özünü qorumağın yeganə yolu budur.
Vinisiusun bu gün başına gələnlər həm də qloballaşmanın, sosial medianın və cib telefonlarında gizlənən insanların sizə pis şeylər söyləmək, nifrət oyatmaq istəyinin nəticəsidir. Təəssüf ki, bununla bağlı kəskin tədbirlər görülməlidir.
Hökumətlər bu prosesdə iştirak etməli və irqçi hərəkətləri cəzalandırmalıdır. FİFA və UEFA sanksiyalar tətbiq edə bilər, lakin əyalət hökumətləri tədbir görmədən nəsə etmək çətindir”, – Droqbanın sözlərini “Mundo Deportivo” sitat gətirib.
Yada salaq ki, Vinisius vaxtaşırı “Real”ın rəqiblərinin azarkeşləri tərəfindən təhqirlərə məruz qalır.
Aut.az
