Basketbol

Basketbol üzrə 3×3 qadın millimiz beynəlxalq turnirdə ikinci oldu

5 aprel tarixində Taylandın Muanq Patum Tani şəhərində 3×3 basketbol üzrə beynəlxalq turnirin həlledici mərhələsi baş tutub.

Aut.az xəbər verir ki, “Paris 2024″ün təsnifat oyunlarına hazırlıq məqsədi daşıyan beynəlxalq turnirdə, 3×3 qadın millimiz “B” qrupundan çıxaraq, turnirin 1/4 final mərhələsinə yüksəlib.

Yığma bu mərhələdə “Sriracha Eagle” (Tayland) klubuna 21-11 hesabı ilə qalib gəlib və adını yarımfinala yazdırıb. Millimiz yarımfinalda isə, Polşanın “Lotto” klubu üzərində 17-16 hesabılı qələbəyə sevinib.

Finalda güclü “Zoos” (Almaniya) klubuna qarşı gərgin oyunun yekununda 17-15 hesabı ilə məğlub olan 3×3 qadın millimiz beynəlxalq turniri ikinci sırada tamamlayıb