Əfsanəyə bürünc heykəl ucaldılır
“Crypto.com Arena” yaxınlığındakı Star Plazada Kobe Brayantın bürünc heykəli açılacaq.
Aut.az xəbər verir ki, bu barədə “Los Angeles Lakers” və Vanessa Brayant məlumat verib. Heykəl, komandanın ev oyunundan əvvəl, 8 fevral 2024-cü ildə açılacaq.
Kompozisiyaya basketbolçunun mərhum qızı Cannanın daxil olacağı, həmçinin onun 8 və 24 nömrəli formalarına dəyər veriləcəyi gözlənilir.
Beşqat NBA çempionu Kobe Brayant 2020-ci ilin yanvarında Kaliforniya ştatının Kalabasas şəhərində helikopter qəzasında həlak olub. Qəzada onun 13 yaşlı qızı Cianna və ailə dostları da daxil olmaqla daha 8 nəfər həlak olub.
Əfsanəvi basketbolçu 20 mövsüm NBA-da yalnız “Leykers”də oynayıb.
Aut.az
