Basketbol

İstanbulda insident: “Efes”in basketbolçusunun evi atəşə tutuldu

Naməlum şəxslər “Anadolu Efes”in basketbolçusu Stenli Consonun mənzilinə iki dəfə atəş açıblar .

Aut.az xəbər verir ki, “Ekol TV”-nin məlumatına görə, dünən gecə naməlum şəxslər basketbolçunun İstanbulun Kağıtan rayonunda yerləşən mənzilinə iki dəfə atəş açıb. Yeri gəlmişkən, üçüncü güllə aşağıda mərtəbədəki mənzilə dəyib.

“Efes”in basketbolçusu zədə almayıb. Onun cinayət işi başlamaq üçün polisə ifadə vermək niyyətində olduğu da bildirilir. Artıq yerli hüquq-mühafizə orqanları şübhəlilərin axtarışına başlayıb.

28 yaşlı basketbolçu Milli Basketbol Assosiasiyası və İnkişaf Liqasında 9 mövsüm keçirdikdən sonra türk klubuna keçib. Conson Avroliqadakı ilk iki oyununda orta hesabla 2,5 xal və 2,5 ribaund əldə edib.

Aut.az