Basketbol

Türk əsilli basketbolçudan əfsanəyə ittiham: Onun karyerasını məhv etdi

33 yaşlı türk əsilli amerikalı sabiq basketbolçu Enes Kanter dördqat NBA çempionu Lebron Ceymsi (Los Anceles Lakers) ittiham edib.

Aut.az xəbər verir ki, Enes Lebronu ulduz basketbolçu Rassel Uestbrukun karyerasını məhv etməkdə günahlandırıb:

“Lebron kimi biri ilə oynayanda hər şey Ceyms ətrafında fırlanır və mövsüm fəlakət olarsa, “günah keçisi” lazımdır. Həmin mövsüm Russ “günah keçisi” seçildi. Bundan sonra onun karyerasına baxın: təəssüf ki, bu adam hazırda komanda belə tapa bilmir. Bu dəlilikdir. Özümü dəhşətli hiss edirəm”.

Lebron və Rassel 2021-ci ildən 2023-cü ilə qədər “Leykers”də birgə çıxış ediblər.

Aut.az