Donnarummanın meneceri sükutu pozdu: Hörmətsizliyə görə şokdayam
PSJ-nin qapıçısı Canluici Donnarummanın agenti Entso Rayola, Fransa klubunun italiyalı futbolçu ilə yollarını ayırmaq qərarını dəyərləndirib.
Aut.az xəbər verir ki, o, “Sky Sport”a açıqlamasında şok keçirdiklərini bildirib:
“Son 10 gün burada keçirdiyi 4 ili silib atmaq təhlükəsi yaradır. Belə hörmətsizliyə görə şokdayam, sanki bir qala uçub dağılıb.
Yeni qapıcı alınmasının zəruriliyini başa düşürəm, amma Cicini gördüyü bütün işlərdən sonra tamamilə kənarlaşdırmaq böyük hörmətsizlikdir və mən bunu hüquqşünaslarımla müzakirə edəcəyəm. Qərar baş məşqçiyə məxsus olsa da, o da klubda işləyir. Hüquqşünaslarımızla birlikdə onların mövqeyini daha yaxşı anlamaq istəyirik”.
Parisli klub, bu gün “Tottenhem”ə qarşı keçiriləcək UEFA Superkuboku matçının heyətinə italiyalının adı daxil etməyib. Futbolçu isə yaxın vaxtlarda klubdan ayrılmaq niyyətində olduğunu açıqlayıb.
Aut.az
