Kamerun yığması ona tapşırıldı
Mark Bris Kamerun millisinin yeni baş məşqçisi olub.
Aut.az xəbər verir ki, belçikalı mütəxəssisin təyinatını ölkənin İdman Nazirliyi açıqlayıb.
61 yaşlı çalışdırıcıya Joakim Mununqa və Cannis Xylouris kömək edəcək. Müqavilənin şərtləri açıqlanmayıb.
Bris, Kamerun yığmasında fevralın sonunda istefaya göndərilən Riqober Sonnqu əvəz edib.
Aut.az
