Formula 1

Qaydalar dəyişdi: Sürət həddi artacaq

“Formula 1” 2026-cı il üçün yeni mühərrik qaydalarını açıqlayıb.

Aut.az xəbər verir ki, batareyadan əlavə enerjidən istifadə etməklə 355 km/saat sürətə çatmağa imkan verən KERS tipli sürətləndirmə funksiyanın işə salınmasına icazə verir.

Pilotlara əlavə güclə rəqiblərə hücum etməyə imkan verən sistemin mümkün tətbiqi bir müddətdir müzakirə olunurdu. Sistemin konkret təfərrüatları qeyri-müəyyən olaraq qalır. Lakin 2026-cı il üçün reqlamentin son versiyası, xüsusən də 5.4.8-ci maddədə müəyyən aydınlıq gətirir.