Formula 1

Etiraz edir: Təlxəyə bənzəməməliyik

Dördqat Formula 1 çempionu Maks Ferstappen (“Red Bull”) Britaniya Qran Prisi həftəsonu keçiriləcək Lego kartinq paradını tənqid edib.

Aut.az xəbər verir ki, “Motorsport” Ferstappenin sözlərini sitat gətirib:

“Düzünü desəm, mən burada kartinq növlərindən daha çox evdə uşaqlarla LEGO ilə oynamağa üstünlük verirəm. Yük maşınının üstündə, sadəcə hamı ilə birlikdə dayanmağa üstünlük verirəm. Düşünürəm ki, bu, daha əyləncəlidir və daha peşəkar görünür.

Çünki günün sonunda biz Formula 1 pilotlarıyıq. Düşünmürəm ki, bir-birimizə dəyməyə çalışan uşaq və təlxək kimi görünməliyik. Düşünmürəm ki, Formula 1-in buna ehtiyacı var, amma elədir. Sadəcə, ayaq üstə durub azarkeşlərə əl edəcəyəm, çünki onlar bizi görməyə layiqdirlər. Amma təbii ki, öz tərəfimdən hər şeyin bir az fərqli olmasını istərdim”.

Aut.az