Norris və Piastrinin nəticələri ləğv edildi: Səbəb nədir?
“Maklaren” Las-Veqas Qran-prisində qazandığı bütün xallardan məhrum edilib.
Aut.az xəbər verir ki, səbəb hər iki sürücünün Lando Norris və Oskar Piastrinin bolidində dib planqasının icazə verilən həddən artıq aşınmasıdır. Qaydalara görə, bu hal avtomatik diskvalifikasiya ilə nəticələnir.
Bu qərardan sonra Norris 18, Piastri isə 12 xal itirib. Xalların silinməsi çempionatda qüvvələr nisbətini ciddi şəkildə dəyişib. Maks Ferstappen liderlərə xeyli yaxınlaşıb. Onun Norrisə olan fərqi 24 xala enib, Piastri ilə isə artıq eyni xaldadır.
Mövsümün sonuna iki yarış qalıb və final böyük gərginlik vəd edir.
Aut.az
