Digər

Yarış zamanı insident: Kubok sındı – VİDEO

Kopenhagendə keçirilən kiberidman yarışında insident yaşanıb.

Aut.az xəbər verir ki, “Counter-Strike 2” oyununun ən böyük yarışması olan PGL CS2 MAJOR-də gözlənilməz qalmaqal baş verib. G2 və MAUZ komandaları arasında keçirilən oyun zamanı naməlum şəxslər oyun meydançasına basqın ediblər.

Mühafizə xidmətinin əməkdaşları onların qarşısını almağa çalışıb. Mübahisə zamanı turnirin kuboku yerə düşərək sınıb.

Sonradan məlum olub ki, hadisə oyunu saytlarında qumar şirkətləri arasındakı ədavətə görə baş verib. Ancaq təfərrüatlar açıqlanmayıb.

İnsidentə rəğmən oyun və yarış davam etdirilib.

Aut.az